Beyləqan rayonu Binnətli kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
20.09.2013Sentyabrın 21-də saat 04.00 radələrində Beyləqan rayonu Binnətli kəndinin ərazisində Masallı rayon sakini Bahəddin Abdullayevin idarə etdiyi “QAZel-3302” markalı və Cəbrayıl rayon sakini Allahverdi Mehdiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə A.Mehdiyev hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, Cəbrayıl rayon sakinləri Minayə İsmayılova, Zahir Quliyev, Füzüli rayon sakinləri Solmaz Atakişiyeva və Aytac Atakişiyeva xəstəxanaya yerləşdirilmişlər.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.