Oğurluq etdiyinə görə tutulmuş Bakı şəhər sakini Əmrah Məmmədovun digər cinayət əməlləri müəyyən edilmişdir
20.09.2013Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 20-də Əzizə Abdullayevaya məxsus gözəllik salonundan 230 manat pul və məişət əşyalarını oğurlamış Bakı şəhər sakini Əmrah Məmmədov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun paytaxt sakinləri İnqilab Məmmədovun evindən 1 ədəd xalça və pərdə, Fuad Hacıyevə məxsus gözəllik salonundan isə 300 manat pul və 2 ədəd noutbuk oğurlaması da müəyyən edilmişdir.