Hövsan qəsəbəsi Çöllük küçəsinin yaxınlığındakı su kanalında tapılmış meyitin şəxsiyyəti müəyyən edilmişdir
19.09.2013Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Hövsan qəsəbəsi Çöllük küçəsinin yaxınlığındakı su kanalında tapılmış meyitin şəxsiyyəti müəyyən edilmişdir. O, Bakı şəhər sakini Şəbnəm Namazova olmuşdur.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Namazovanı qısqanclıq zəminində yumruqla vurub qətlə yetirmiş, cəsədini isə su kanalına atmış əri Şahin Əliyev tutulmuşdur.