Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Oğurluq etdiyinə görə tutulmuş Qusar rayon sakini Namiq Musayev və Xaçmaz rayon sakini Rafiq Murtuzəliyevin digər cinayət əməlləri müəyən olunmuşdur

19.09.2013

Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  sentyabrın 19-da Vahid Nəqiyevin evindən 2200 manat pul, 1 ədəd qızıl sırğa və 1 ədəd fotoaparatı oğurlamış Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Musayev və Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Murtuzəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Telnaz Ələsgərovanın, Əfiyyə Nağıyevanın, Ramin Əliyevin mağazalarından pul, mobil telefon və ərzaq məhsulları, Əbülfət Məmmədrzayevin, Vüsal Nağıyevin  və Ramiz Ələkbərovun evlərindən isə pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.

19.09.2013 tarixinə olan kriminal məlumatlar