Oğurluq etdiyinə görə tutulmuş Qusar rayon sakini Namiq Musayev və Xaçmaz rayon sakini Rafiq Murtuzəliyevin digər cinayət əməlləri müəyən olunmuşdur
19.09.2013Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Vahid Nəqiyevin evindən 2200 manat pul, 1 ədəd qızıl sırğa və 1 ədəd fotoaparatı oğurlamış Qusar rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Musayev və Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Murtuzəliyev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Telnaz Ələsgərovanın, Əfiyyə Nağıyevanın, Ramin Əliyevin mağazalarından pul, mobil telefon və ərzaq məhsulları, Əbülfət Məmmədrzayevin, Vüsal Nağıyevin və Ramiz Ələkbərovun evlərindən isə pul, qızıl və məişət əşyaları oğurlamaları da müəyyən edilmişdir.