Səbail rayonu “Şıx” çimərliyinin yaxınlığında yol-nəqliyyat hadisəsi
19.09.2013Sentyabrın 20-də saat 11.00 radələrində Səbail rayonu “Şıx” çimərliyinin yaxınlığında Tərtər rayon sakini Füzuli Haqverdiyev idarə etdiyi 120 saylı xətt üzrə hərəkət edən “Daevoo” markalı avtobusu aşırmış və sonradan avtobus hasara çırpılmışdır. Nəticədə F.Haqverdiyev və sərnişinlərindən 40-45 yaşlı kişi hadisə yerində ölmüş, xəsarət almış digər sərişinləri, Neftçala rayon sakinləri Teyyub Əhmədov, Abbas Vəliyev, Masallı rayon sakini Famil Abbasov, Bakı şəhər sakinləri Alim Əliyev, Nizam Ramazanov və Zefuttin Buşumov isə xəstəxanaya yerləşdirilmişlər.
Səbail RPİ tərəfindən araşdırma aparılır.