Səbail rayonu Bibiheybət yolunda qəza hadisəsi
09.09.2013Sentyabrın 10-da saat 13.40 radələrində Səbail rayonu Bibiheybət yolunda 207 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı avtobusla Bakı şəhər sakini Turan Əhmədovun idarə etdiyi “Ford” markalı avtomaşın toqquşmuşdur. Nəticədə T.Əhmədov hadisə yerində ölmüş, xəsarət almış “Daevoo” markalı avtobusun sərnişini, Bakı şəhər sakini Elsevər Məcidova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Səbail RPİ tərəfindən araşdırma aparılır.