Səbail rayonu Ə.Yaqubov küçəsində yol-nəqliyyat hadisəsi
09.09.2013Sentyabrın 10-da saat 00.40 radələrində Səbail rayonu Ə.Yaqubov küçəsində Bakı şəhər sakini Natiq Qurbanov idarə etdiyi “Opel” markalı avtomaşınla yolu keçən şəhər sakini Fərid Məhərrəmovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Səbail RPİ tərəfindən araşdırma aparılır.