Gün ərzində 52 cinayət faktı qeydə alınmışdır
06.09.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 52 cinayət faktı qeydə alınmış, onların da 39-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 10 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 44 nəfər tutulmuşdur.