Ağcabədi rayon Kürtlər kənd sakini Telman Hüseynovdan narkotik vasitə aşkar edilərək götürülmüşdür
06.09.2013Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürtlər kənd sakini Telman Hüseynova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 25 kiloqram olan 10 ədəd çətənə kolu, evinə baxış zamanı isə 2 kiloqram 300 qram marixuana aşkar edilərək götürülmüşdür.