Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Goranboy rayonu ərazisində 4 nəfərə bıçaq xəsarətləri yetirmiş şəxslər saxlanılmışlar

01.09.2013

Sentyabrın 2-də Goranboy rayonu Veyisli kəndinin ərazisindən kənd sakinləri Səxavət Nağıyev, onun oğlu İxtiyar, qardaşları Mürvət və Şükür bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişlər. S.Nağıyev orada ölmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

DİN-in Növbətçi Hissələri İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədib “Opel Vectra” markalı avtomaşında hadisə yerindən qaçmış Abşeron rayon sakinləri Natiq Yaqubov, Rafiq Mədətov, Bakı şəhər sakinləri Mahrud Qocayeva və Neymət Dadaşov və onun qardaşı Nicat BDYPİ-nin postunda saxlanılmışdır.

01.09.2013 tarixinə olan kriminal məlumatlar