Həmkəndlisinin evini qəsdən yandırmış Samux rayon sakini C.Bayramov saxlanılmışdır
01.09.2013Cari ilin avqust ayının 31-də Samux rayonunun Əhmədbəyli kəndində kənd sakini, əvvəllər məhkum olunmuş Cəmaləddin Bayramov həmkəndlisi Gülçin Mahmudovanın evini qəsdən yandırmışdır. Nəticədə 21 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanmışdır.
C.Bayramov Samux RPŞ əməkdaşları tərəfindən saxlanılmışdır.
RPŞ tərəfindən araşdırma aparılır.