Ağdaş rayonu ərazisində iki nəfəri bıçaqla yaralamış və polis əməkdaşlarına müqavimət göstərmiş Məlikov qardaşlarından ikisi tutulmuş, üçüncüsünün tutulması üçün tədbirlər görülür
29.08.2013Avqustun 29-da Ağdaş rayonu ərazisində rayon sakini Valeh Əliyev münaqişə zəminində həmyerlisi Ərəstun Məlikova bıçaqla xəsarət yetirmişdir. Bununla əlaqədar Ərəstunun oğlanları Nadir və Nurlan hadisə yerinə gəlib orada olan Valehin qohumları, rayon sakinləri Ağarza Qasımova və Ağalar Cümşüdova bıçaqla xəsarət yetirmişlər. A.Qasımov və A.Cümşüdov xəstəxanaya yerləşdirilmişlər.
Ağdaş rayon Məhkəməsinin qərarına əsasən Ə.Məlikovun evinə axtarış aparmaq üçün gəlmiş polis əməkdaşlarına Ə.Məlikov və onun oğlu Vəzir küt alətlərlə müqavimət göstərmiş və bu zaman RPŞ-nin 3 əməkdaşı xəsarət almışdır.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.Ərəstun, oğlanları Nadir və Nurlan tutulmuş, hadisə yerindən qaçmış Vəzirin tutulması üçün tədbirlər görülür.
Evə baxış zamanı müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 25 ədəd patron, 2 ədəd bıçaq və 25,6 qram marixuana aşkar edərək götürmüşdür.Faktla əlaqədar cinayət işi başlanmışdır.