Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Balakən rayonundakı “Nərmin” şadlıq sarayının həyətində münaqişə zəminində tapançadan atəş açaraq iki nəfəri yaralamış rayon sakini İ.Muqumov tutulmuşdur

29.08.2013

Avqustun 30-da Balakən rayonundakı “Nərmin” şadlıq sarayında keçirilən toy məclisində Qullar kənd sakini İbrahim Muqumov ilə Rusiya Federasiyası vətənaşı Səbuhi Rəhimov arasında münaqişə baş vermiş və sonradan onlar şadlıq sarayının həyətinə çıxmışlar. Orada İ.Muqumov tapançadan atəş açaraq S.Rəhimova və hadisə yerinin yaxınlığında olan onun dostu, Mahamalar kənd sakini Müsənnif Layıcova qarın nahiyələrindən xəsarət yetirib hadisə yerindən qaçmışdır.

M.Layıcov və S.Rəhimov xəstəxanaya yerləşdirilmişlər.

Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İ.Muqumov tutulmuş, hadisəni törədərkən istifadə etdiyi “Akdal” markalı tapança və 4 ədəd güllə ondan götürülmüşdür.

29.08.2013 tarixinə olan kriminal məlumatlar