Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
26.08.2013Avqustun 28-də saat 00.45 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İbrahim Aslanov idarə etdiyi “Daewoo” markalı avtobusu yolun kənarındakı dəmir səddə vurduğundan, arxadan gələn həmyerlisi Natiq Qədəşovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşın ona çırpılmışdır. Nəticədə N.Qədəşovun sərnişinlərindən 40-45 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölmüş, xəsarət almış özü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdirilmişlər.
Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.