Ramana Südçülük Sovxozunun ərazisindəki evlərdən birində yaşayan X.Qurbanovaya məxsus mağazadan oğurluğa cəhd göstərmiş İ.Məlikzadə saxlanılmışdır
26.08.2013Avqustun 27-də Ramana Südçülük Sovxozunun ərazisində həmin ərazidəki evlərdən birində yaşayan Xalidə Qurbanovaya məxsus mağazadan pəncərədən girmək yolu ilə oğurluğa cəhd göstərmiş həmin evdə kirayədə yaşayan Sumqayıt şəhər sakini İsmayıl Məlikzadə X.Qurabanova tərəfindən saxlanılmış və Sabunçu RPİ 12-ci PB-yə təhvil verilmişdir.
İ.Məlikzadənin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, avqust ayının 23-nə keçən gecə həmin mağazadan eyni üsulla 85 manat pul, 24-nə keçən gecə isə tütün məmulatı oğurlaması müəyyən edilmişdir.