Astara rayonu Maşxan kəndinin ərazisində yol-nəqliyyat hadisəsi
22.08.2013Avqustun 23-də saat 18.00 radələrində Astara rayonu Maşxan kəndinin ərazisində rayon sakini Oktay Məlikovun idarə etdiyi “VAZ-2106” markalı və İran vətəndaşı Feyruz Ruhizadenin idarə etdiyi “Volvo” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə O.Məlikov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Astara RPŞ tərəfindən araşdırma aparılır.