İyulun 28-də Şəmkir rayonu ərazisində baş vermiş YNH nəticəsində xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Əliyev orada ölmüşdür
22.08.2013Cari ilin iyul ayının 28-də Şəmkir rayonu Çinarlı kəndinin ərazisində Yeni Həyat kənd sakini Natiq Əliyev “VAZ-21011” markalı və Seyfəli kənd sakini Əfqan Vəliyevin idarə etdiyi “QAZel” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Əliyev avqustun 22-də orada ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.