Masallı rayon sakini M.İsmayılov qardaşının onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələməsini rayon polis şöbəsinə bildirmişdir
22.08.2013Avqustun 22-də Masallı rayonunun Binə Xocavar kənd sakini Məhərrəm İsmayılov RPŞ-yə ərizə ilə müraciət edərək həmin gün qardaşı Elsəvərin onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələməsini bildirmişdir.
M.İsmayılov qardaşından aldığı “Tula” markalı ov tüfəngini də RPŞ-yə təhvil vermişdir.
Araşdırma aparılır.