Gün ərzində 66 cinayət faktı qeydə alınmışdır
18.08.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 66 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 5 nəfər ölmüş, 20 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 24 nəfər tutulmuşdur.