Bakı şəhəri Nizami küçəsindəki evlərdən birinin zirzəmisində “on-line” qumar oyunları təşkil olunması müəyyən edilmişdir
18.08.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Nizami küçəsi ev 31-in zirzəmisində Qəbələ rayon sakini Ruslan Nəhmətovun qanunsuz “on-line” qumar oyunları təşkil etməsi müəyyən edilmişdir.
Oraya baxış zamanı 10 ədəd kompyuter dəsti, 1 ədəd modem və 60 manat pul aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.