Sumqayıt şəhəri ərazisindəki evlərdən birində “on-line” kazino-qumar oyunlarının təşkil olunması müəyyən edilmişdir
18.08.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri Azərbaycan prospekti 4-cü məhəllə ev 14/19-da şəhər sakinləri Kamandar Nərimanovun, Aydın Əliyevin, Elman Kərimzadənin, İsmayıl Tağıyevin və Daşqın Hümbətovun “on-line” kazino-qumar oyunları təşkil etmələri müəyyən edilmişdir.
Oraya baxış zamanı 11 ədəd kompyuter dəsti, 1 ədəd qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək götürülmüşdür.
Faktla əlaqədar cinayət işi başlanmışdır.