Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
17.08.2013Avqustun 18-də saat 08.20 radələrində Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinin ərazisində Bakı şəhər sakini Vasif Qurbanovun idarə etdiyi “Ford-Tranzit” markalı və Abşeron rayon sakini Tural Hüseynovun idarə etdiyi “VAZ-2107” markalı avtomaşınlar toqquşmuş və arxadan gələn Bakı şəhər sakini Zəka Hüseynovun idarə etdiyi “BMW” markalı avtomaşın onlara dəymişdir. Nəticədə T.Hüseynov hadisə yerində ölmüş, xəsarət almış V.Qurbanov isə xəstəxanaya yerləşdirilmişdir.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.