Abşeron rayonu ərazisində Y.Quliyevə məxsus avtomaşını evakuatora yükləmək yolu ilə oğurlamış Ş.Salahov tutulmuşdur
17.08.2013Avqustun 17-də Abşeron rayonu Mehdiabad qəsəbəsinin ərazisində qəsəbə sakini Yaşar Quliyevə məxsus “ZİL-131” markalı avtomaşın oğurlanmışdır.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşın Masazır qəsəbəsi Afiq küçəsi ev 11-in həyətində tapılmış və onu evakuatora yükləmək yolu ilə oğurlamış həmin evdə yaşayan Şahin Salahov tutulmuşdur.