Bir neçə vətəndaşın etimadını qazanaraq onlardan pul almış Şəki şəhər sakinləri E.Qabilov və R.İsgəndərov tutulmuşlar
17.08.2013Şəki ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Laçın Adamovun, Şəlalə Mustafayevanın, Dilbər Abdulkərimovanın, İlqar Salamovun və Solmaz Abbasovanın etimadlarını qazanaraq ümumilikdə onlardan 3490 manat pul almış şəhər sakinləri, əvvəllər məhkum olunmuş Elşən Qabilov və Ramil İsgəndərov tutulmuşlar.