Kürdəmir rayonu ərazisində mal-qara oğurluqları törətmiş bir qrup rayon sakini tutulmuşdur
17.08.2013Kürdəmir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Arifə Məmmədovaya, Abdulla Nağıyevə, Nizam Hüseynova və Solmaz Osmanovaya məxsus qoyunları oğurlamış rayon sakini Əliş Səlimov, Muradxan kənd sakini Vüqar Şirinov və Atakişili kənd sakini Sərvər Əliyev tutulmuşlar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların Mürtülü kənd sakini İkram Gərayova məxsus 3 baş qoyunu da oğurlamaları müəyyən edilmişdir.