Avqustun 12-də saxta pul verdiyinə görə tutulmuş Y.Bəşirovun yaşadığı mənzildə saxta pul hazırlanmasında istifadə olunan printer və saxta əskinaslar götürülmüşdür
12.08.2013Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də saxta pul verdiyinə görə tutulmuş Yalçın Bəşirovun paytaxtın Nizami rayonu ərazisində yaşadığı mənzilə baxış zamanı saxta pul hazırlanmasında istifadə olunan 1 ədəd printer və əlavə 12 ədəd saxta 100 manatlıq əskinaslar götürülmüşdür.