Neftçala rayonu ərazisində “VAZ-2107” markalı avtomaşınla iki piyada vurulmuşdur
12.08.2013Avqustun 13-də saat 21.10 radələrində Neftçala rayonu Xıllı qəsəbəsinin ərazisində Aşağı Qaramanlı kənd sakini Mirislam Əliyev idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla yolu keçən rayon sakinləri Zərifə Nağıyevanı və Əzizə Əhmədovanı vurmuşdur. Nəticədə hər iki piyada aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər.
Neftçala RPŞ tərəfindən araşdırma aparılır.