Oğurluq etdiyinə görə tutulmuş Xəzər Əhmədovun digər cinayət əməlləri də müəyyən edilmişdir
06.08.2013Oğurluq etdiyinə görə tutulmuş Xəzər Əhmədovun ətrafında Nərimanov RPİ və Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri nəticəsində onun Könül Quliyevaya, Aynur Məmmədovaya, Südabə Quliyevaya, Həsən Əhmədova, İsmət Məmmədovaya, Orxan Muxtarova, Heydər Rüstəmova, Rəvanə Babayevaya, Fidan Mirzəyevaya məxsus avtomaşınlardan qızıl əşyası, pul, mobil telefon və sənədlərini oğurlaması, Oqtay Səmədova məxsus avtomaşından isə oğurluğa cəhd göstərməsi də müəyyən edilmişdir.