Lənkəran şəhərində yerləşən Təkrar Xammal Tədarükü Müəssisəsinin ərazisində baş vermiş partlayış nəticəsində 1 nəfər ölmüşdür
06.08.2013Avqustun 7-də Lənkəran şəhəri ərazisində İqtisadi İnkişaf Nazirliyinin balansında olan Təkrar Xammal Tədarükü Müəssisəsinin ərazisində təmizlik işləri aparıldıqdan sonra toplanmış tullantılar yandırılarkən ani partlayış baş vermişdir. Nəticədə təmizlik işlərinin aparılmasına cəlb olunmuş İstisu qəsəbə sakini İlham Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilmiş və orada ölmüşdür.