Oğurluq etmiş Bakı şəhər sakini Əli Mahmudov tutulmuşdur
25.07.2013Cari ilin iyun ayının 7-dən iyulun 25-dək olan müddət ərzində paytaxt sakini Arzuxanım Fərəcovanın evindən açar seçmək yolu ilə 50000 manat dəyərində qızıl əşyalar və 525 manat pul oğurlanmışdır.
Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Əli Mahmudov tutulmuşdur.