Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Afis İsmayılov ölmüşdür
25.07.2013İyulun 2-də Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Tərlan Yaqubov idarə etdiyi “VAZ-2105” markalı avtomaşınla yolu keçən Bakı şəhər sakini Afis İsmayılovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.İsmayılov iyul ayının 4-də orada ölmüşdür.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.