Avtomaşın qaçırmış Balakən rayon sakini Renad Qarayev saxlanılmışdır
22.07.2013İyulun 22-də “Mint Sənaye” şirkətinin təsisçisi, Bakı şəhər sakini Tural Nəcəfov Nərimanov RPİ-yə ərizə ilə müraciət edərək iyulun 21-də şirkətin keçmiş sürücüsü, əvvəllər məhkum olunmuş Vüsal Yusifov tərəfindən şirkətə məxsus “Fiat” markalı avtomaşının qaçırmasını bildirmişdir.
DİN-in Təhlükəsiz Şəhər Xidməti və Bakı BPİ DYPİ tərəfindən görülmüş tədbirlər nəticəsində avtomaşını qaçırmış Balakən rayon sakini Renad Qarayev iyul ayının 23-də avtomaşınla birgə saxlanılaraq Nərimanov RPİ-yə təhvil verilmişdir. RPİ tərəfindən araşdırma aparılır.