Bakı şəhər sakini Aydan Əzimzadə yol-nəqliyyat hadisəsi zamanı xəsarət almışdır
22.07.2013İyulun 20-də saat 15.00 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Aydan Əzimzadə vurulmuşdur. A.Əzimzadə xəstəxanaya iyul ayının 23-də müraciət etmiş və ona ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.