Zərdab rayonunun Pərvanlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.07.2013İyulun 23-də saat 06.00 radələrində Zərdab rayonunun Pərvanlı kəndi ərazisində Ağcabədi rayon sakini Pərviz Mehtiyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşını aşırmışdır. Nəticədə P.Mehtiyevin sərnişini, Zərdab rayon sakini İnqilab Əliyev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.
Zərdab RPŞ tərəfindən araşdırma aparılır.