DİO əməkdaşları tərəfindən Novxanı kənd sakini Ağababa Quliyevdən narkotik vasitələr götürülmüşdür
20.07.2013Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Novxanı kənd sakini Ağababa Quliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 83 kiloqram olan 447 ədəd çətənə kolu, evindən isə 4 kiloqram 200 qram marixuana aşkar edilərək götürülmüşdür.