Oğurluq etmiş Lənkəran şəhər sakini Elmar Əkbərzadə tutulmuşdur
20.07.2013Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də Seymur Ramazanova məxsus mağazadan 1600 manat pul və tütün məmulatını oğurlamış şəhər sakini Elmar Əkbərzadə tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Hökmulla Axundova, Zakir Hüseynova, Xalidə Əbilovaya və Firudin Abdullayevə məxsus mağazalardan da pul, tütün məmulatı, danışıq kartları və ətriyyat oğurlaması müəyyən edilmişdir.