Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi
20.07.2013İyulun 18-də saat 07.00 radələrində paytaxtın Nizami rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Zaur Kərimovun idarə etdiyi “VAZ-21723” markalı avtomaşın toqquşmuşdur. Nəticədə xəsarət almış Z.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Nizami RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.