Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
13.07.2013İyulun 14-də saat 08.30 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində Gəncə şəhər sakini Emil Bədəlovun idarə etdiyi “Shacman” markalı və Abşeron rayon sakini Fariz Ələkbərovun idarə etdiyi “Daewoo-Nexia” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə F.Ələkbərovun sərnişinlərindən Qobustan rayon sakini Nafilə Balakişiyeva hadisə yerində ölmüş, özü və digər sərnişinləri, Abşeron rayon sakinləri Yaqub Mustafayevə və Nailə Mustafayevaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buarxılmışlar.
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.