Abşeron rayonu ərazisində yol-nəqliyyat hadisəsi
13.07.2013İyulun 14-də saat 20.50 radələrində Abşeron rayonu ərazisində Kürdəmir rayon sakini Zamiq Tağıyevin idarə etdiyi “Opel” markalı və Bakı şəhər sakini Arzuman Bəkirovun idarə etdiyi “Nissan-Tiida” markalı avtomaşınlar toqquşmuş, sonradan A.Bəkirov idarəetməni itirərək avtomaşınını qarşıda gedən Bakı şəhər sakini İmran İsmayılovun idarə etdiyi “KİA” markalı avtomaşına vurmuşdur. Nəticədə A.Bəkirov hadisə yerində ölmüş xəsarət almış sərnişinləri, arvadı Kimayə və qızı Gülayə isə xəstəxanaya yerləşdirilmişdir.
BDYPİ tərəfindən araşdırma aparılır.