Yevlax rayon sakini Aqil Əsgərov münaqişə nəticəsində bud nahiyəsindən 2 bıçaq xəsarəti almışdır
10.07.2013İyulun 11-də Yasamal rayonu A.Şərifzadə küçəsində 3 naməlum şəxs arasında baş vermiş münaqişə nəticəsində onlardan biri - Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Aqil Əsgərov bud nahiyəsindən 2 bıçaq xəsarəti almışdır.
Faktla əlaqədar Yasamal RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmış, əməliyyat-axtarış tədbirləri aparılır.