Göygöl rayonunun Üçtəpə kənd sakini Qəni Hümbətova məxsus yardımçı təsərrüfatda yanğın baş vermişdir
10.07.2013İyulun 11-də saat 11.40 radələrində Göygöl rayonunun Üçtəpə kənd sakini Qəni Hümbətova məxsus yardımçı təsərrüfatdan qonşusu Fəqani Tağıyevə məxsus yardımçı təsərrüfata keçən yanğın baş vermişdir. Nəticədə yardımçı təsərrüfatların yanar konstruksiyaları və oraya yığılmış 5 ton ot yanmış, yanğınsöndürən Şirin Tağıyev isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdir.