Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Tofiq Mədətov ölmüşdür
29.06.2013İyunun 29-da saat 11.00 radələrində Gəncə şəhərinin ərazisində şəhər sakini Elsevər Allahverdiyev idarə etdiyi “VAZ-21103” markalı avtomaşınla yolu keçən həmyerlisi Tofiq Mədətovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür. Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.