Gəncə şəhərinin ərazisində yol-nəqliyyat hadisəsi
29.06.2013İyunun 30-da saat 03.00 radələrində Gəncə şəhərinin ərazisində şəhər sakinləri Eşqin Məmmədovun idarə etdiyi “Opel” markalı və Arif Zamanovun idarə etdiyi “Hyundai” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış E.Məmmədov və sərnişini, Gəncə şəhər sakini Zaur Məmmədov, habelə A.Zamanovun sərnişini, Bakı şəhər sakini Vüqar Səmədov xəstəxanaya yerləşdirilmişlər.
Kəpəz RPİ tərəfindən araşdırma aparılır.