DİO əməkdaşları tərəfindən çətənə kolları yığılaraq məhv edilmişdir
17.06.2013Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi, Şəmkir RPŞ və RMŞ əməkdaşları tərəfindən Muxtariyyə kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 378 kiloqram olan 3780 ədəd, Kəpəz RPİ əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisindən yabanı halda bitmiş, çəkisi 1 ton 186 kiloqram olan 1763 ədəd, Xocalı RPŞ əməkdaşları tərəfindən Goranboy rayonunun Mənşəli kəndi ərazisindən yabanı halda bitmiş, çəkisi 9 ton 475 kiloqram olan 1692 ədəd çətənə kolları yığılaraq məhv edilmişdir.