İsmayıllı rayonunun Topçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
17.06.2013İyunun 18-də saat 03.00 radələrində İsmayıllı rayonunun Topçu kəndi ərazisində Bakı şəhər sakini Sənan Səmədov idarə etdiyi “Nissan X-Trail” markalı avtomaşını aşırmışdır. Nəticədə S.Səmədovun sərnişini, İsmayıllı rayon sakini Məzahir Məlikov hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri, rayon sakinləri Pərvanə Məlikovaya, Sevinc Mehdiyevaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
BDYPİ tərəfindən araşdırma aparılır.