Bibisi Gülbikə İsgəndərovanı bıçaqla qətlə yetirmiş Xaçmaz rayon sakini Samir Mövlanov tutulmuşdur
16.06.2013İyunun 17-də Xaçmaz rayon sakini Samir Mövlanov Köhnə Xaçmaz kəndində yaşayan bibisi Gülbikə İsgəndərovanın evində olarkən ailə məişət (qisas almaq məqsədi ilə) münaqişəsi zəminində bıçaqla onu qətlə yetirmişdir.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Mövlanov tutulmuş, onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olması da müəyyən edilmişdir.