“Sədərək” ticarət mərkəzində yanğın hadisəsi baş vermişdir
16.06.2013İyunun 17-də saat 23.20 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisindəki “Sədərək” ticarət mərkəzinin ümumi sahəsi 1400 kvm. olan 19-cu və 20-ci sıralarında yanğın baş vermişdir. Nəticədə həmin ərazidə “Kaspian Karqo” şirkətinə məxsus 17 anbarın yanar konstruksiyaları, habelə orada saxlanılan elektrik, məişət, geyim və kosmetik əşyalar yanmışdır.