Avtomaşın qaçırmış Bakı şəhər sakinləri İmran Həmidli və Fuad Rəcəbzadə tutulmuşlar
15.06.2013İyunun 16-da Nəsimi rayonu Koveroçkin küçəsindən Sirac İbişova məxsus "VAZ-2107" markalı avtomaşın qaçırılmış və S.Əsgərova küçəsi ev 213-ün qarşısında idarə edilərkən avtoxuliqanlıq hərəkətləri edildiyindən polis əməkdaşları tərəfindən saxlanılmışdır.
Avtomaşında olan Bakı şəhər sakinləri İmran Həmidli və Fuad Rəcəbzadə Nəsimi RPİ 21-ci PB əməkdaşları tərəfindən tutulmuşlar.
Nəsimi RPİ tərəfindən araşdırma aparılır.