Nizami rayonu R.Rüstəmov küçəsində yol-nəqliyyat hadisəsi
15.06.2013İyunun 16-da saat 00.05 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində Rusiya Federasiyası vətəndaşı Fərman Əhmədov idarə etdiyi "Mitsubishi" markalı avtomaşınla yolu keçən Bakı şəhər sakini Fazil İskayevi vurmuşdur. Nəticədə xəsarət almış F.İskayev xəstəxanaya yerləşdirilmişdir.
Nizami RPİ tərəfindən araşdırma aparılır.